Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən sonra İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən aşağıdakı iri layihələrin icrası təmin edilmişdir.
- Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində daşınmaz əmlak və infrastruktur obyektlərin ilkin inventarlaşdırılmasının aparılması, məlumatlarının toplanması, dövlət qurumları və təşkilatları tərəfindən bu ərazilərdə aparılan layihələr barədə məlumatların vahid məlumat bazasında toplanmasını və idarə edilməsini həyata keçirmək, digər aidiyyəti dövlət qurumlarının bu məlumatlardan səlahiyyətləri çərçivəsində istifadəsini təmin etmək məqsədilə hazırlanmışdır.
- Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq portalı hazırlanmışdır. Portal üzərindən Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində icra olunan fəaliyyətlərin siyahısının elektronlaşdırılması; icra edilən layihə və fəaliyyətlərə nəzarət mexanizminin tətbiqi; layihələr və fəaliyyətlər üzrə fərqli növlərdə hesabatların formalaşdırılması təmin edilir.
- Ağdam, Füzuli və Zəngilan şəhərlərinin 3D videoları hazırlanmışdır. Videolarda işğaldan əvvəlki dövrdə mövcud olan infrastruktur vizual şəkildə 3D formatında və hazırkı dövrdəki mövcud vəziyyəti əks etdirən dron çəkilişləri ilə müqayisəli şəkildə təqdim edilir. Hazırlanmış videolar beynəlxalq ekspertlərin də marağına səbəb olmuşdur.