İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi layihələrin idarə edilməsi istiqamətində beynəlxalq sertifikatlara layiq görülmüşdür.

Article image
PMO.az Layihə Düşüncə Məktəbi ilə əməkdaşlıq çərçivəsində "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində (Mərkəz) “Məhsul və xidmətlərin inkişafı və təşviqində layihə idarəetməsi yanaşmasının təkmilləşdirilməsi” layihəsi sona çatmışdır.  
Bu layihə məhsul və xidmətlərin inkişafı və təşviqində layihə idarəetməsi yanaşmasının təkmilləşdirilməsi məqsədilə həyata keçirilmişdir. Tərəflər layihənin icrası zamanı yüksək nailiyyətlər əldə etmişdirvə layihə vasitəsilə gələcəkdə sektorun inkişafına böyük təsir göstərməyə nail olunacaqdır.
Layihənin uğurlu şəkildə tamamlanması Mərkəzin daxili və xarici layihələrinin inkişafı üçün strateji bir addım olmaqla birlikdə layihələrə cəlb edilən əməkdaşların ixtisaslarının artırılmasına, iş prossesinin daha səmərəli təşkilinə və layihə menecmenti üzrə beynəlxalq standartlara əsaslanmaqla layihələrin daha yüksək səviyyədə həyata keçirilməsinə gətirib çıxaracaqdır.
Bu layihə çərçivəsində Mərkəzin layiq görüldüyü ISO 9001:2015 beynəlxalq standartı Azərbaycan Respublikasında dövlət idarəetməsi üçün informasiya sistemlərinin yaradılması və inkişaf etdirilməsində lazımi keyfiyyətin təmin ediləcəyini təsdiqləyir.
QS 10006:2018 - Növbəti beynəlxalq sertifikat isə Mərkəzin icra etdiyi layihə və xidmətərin QS 10006:2018 (İSO 10006:2017) beynəlxalq standartının tələbləri əsasında təşkil edildiyini, müvafiq beynəlxalq standartın tələblərinə cavab verdiyini, eləcə də bu layihə və xidmətlərin təşkili və icrasında keyfiyyətin təmin olunduğunu təsdiqləyir. Qeyd etmək lazımdır ki, Mərkəz, Azərbaycanda müvafiq beynəlxalq sertifikata layiq görülmüş ilk təşkilatdır.­
Nəticədə:
- Layihə idarəedilməsi Mərkəzdə beynəlxalq standartlara görə formalaşdırıldı;
- Mərkəzin 17 əməkdaşı IPMA beynəlxalq sertifikasiya proqramına əsasən müxtəlif dərəcələrə layiq görüldü;
- 60+ əməkdaş layihə menecmenti üzrə təlimləri başa vurdu;
- Mərkəzin bütün əməkdaşları Azərbaycanın beynəlxalq dərəcəli uğurlu layihə direktorlarının master-klasslarında iştirak etdilər;
- Mərkəz ISO 9001:2015 və QS 10006:2018 (İSO 10006:2017) beynəlxalq keyfiyyət sertifikatına layiq görüldü.