İT Autsorsinq –informasiya sisteminin qurulması və idarə olunması üzrə işlərin kənar təşkilata həvalə olunmasıdır.
Autsorsing təcrübəsi yeni ideya deyil. Şirkətlərin əksəriyyəti reklam, maliyyə, hüquq və kadr xidmətlərini bu işlər üzrə ixtisaslaşmış şirkətlərə həvalə edirlər. Lakin autsorsinqin dünyada ən geniş yayılmış forması İT-autsorsinqdir
IT Autsorsinqin üstünlükləri:
Daha etibarlı və keyfiyyətli xidmət əldə edirsiniz
- Daimi işçidən (İT menecer) fərqli olaraq IT mərkəz göstərdiyi xidmətlərin keyfiyyətinə və icra müddətinə görə maddi məsuliyyət daşıyır.
- Daimi işçi ezamiyyətdə olarkən, xəstələndikdə və yaxud digər səbəblərdən işə gəlmədikdə təşkilat İT xidmətlərdən məhrum olur. Biz müştərilərimizə günün 24 saatı və həftənin 7 günü ərzində fasiləsiz və operativ xidmət göstəririk.
- Daimi işçidən fərqli olaraq bizim komanda İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış peşəkarlardan təşkil olunmuşdur ki, bu üstünlük bizə istənilən problemi daha tez və əsaslı həll etməyə imkan yaradır.
Maliyyə, vaxt və şəxsi resurslarınıza qənaət edirsiniz
- İT Autsorsinq xidmətlərinin dəyəri, daimi işçinin əmək haqqından daha aşağıdır
- Ofisdə daimi işçi üçün yer ayırmağa ehtiyac yoxdur
- Əmək müqaviləsi bağlamırsınız
- Əmək haqqından vergi ödəmirsiniz
- Kompüter, proqram təminatı və ofis texnikasının alınması, çatdırılması və quraşdırılması, ofis texnikasının təmiri, kartriclərin doldurulması, mini ATC-in köklənməsi, veb saytın yenilənməsi və bunun kimi digər xidmətlər üçün müxtəlif təşkilatlara müraciət etmənizə ehtiyac yoxdur. Biz Sizin vaxtınıza qənaət etmək üçün bu işləri öz öhdəliyimizə götürməyə hazırıq
- Kompüter və ofis texnikasını, proqram təminatını topdan şatış qiymətlərlə əldə edirsiniz
Biz IT Autsorsinq çərçivəsində aşağıdakı xidmətləri təklif edirik
- Serverlərin idarə olunması
- Kompüter parkının idarə olunması
- Korporativ telefon şəbəkəsinin idarə olunması