Layihə haqqında:
Milli Avtomatlaşdırılmış Əmlak Sisteminin (MAƏS) dövlət əmlakının qeydiyyata alınması, icarəyə verilməsi, özəlləşdirməsi və alqı-satqı proseslərinin qeydiyyatının aparıldığı sistemdir. Sistemdə bütün dövlət əmlakları üzrə məlumatlar elektron formada saxlanılır. Hal-hazırda sistem yeni texnologiyalar əsasında yenidən hazırlanır.
Xidmətlər:
- Daşınmaz dövlət əmlakının qeydiyyatı: daşınmaz dövlət əmlakı barədə bütün məlumatların saxlanılması
- Daşınmaz dövlət əmlakına dair müqavilə məlumatlarının saxlanılması: İcarə, özəlləşdirmə və alqı-satqı müqavilələri barədə məlumatların qeydiyyatının aparılması
- Statistik hesabatların əldə olunması: Müxtəlif sorğu parametrləri üzrə hesabatların əldə olunması
Məqsədimiz:
Daşınmaz dövlət əmlakı qeydiyyatı prosesinin sürətli və elektron qaydada aparılması və şəffaflığın təmin edilməsi.