İNNOVASİYA ÜÇÜN APARICI HƏLLƏR VƏ XİDMƏTLƏR

İTMİM innovasiya və texnologiyanı birləşdirərək bizneslərin rəqəmsal dövrə uğurla keçidini və gələcəyə uyğun inkişafını təmin edir.

Haqqımızda
50+ həyata keçirilmiş layihə

SBMS

ProPla

E-Hərrac

VEAS

RMİİS

Xidmətlərimiz

Gələcəyi formalaşdıran həllər

Hədəflərinizə çatmaq və ən iddialı layihələrinizi həyata keçirmək üçün müasir həllər təqdim edirik.

İT layihələrinin idarə edilməsi

Çevik metodologiyalarla layihələrin səmərəli və vaxtında icrasını təmin edirik.

Proqram təminatı

Qabaqcıl texnologiyalardan istifadə edərək dayanıqlı və etibarlı həllər təqdim edirik.

Coğrafi İnformasiya Sistemləri

Biz ən müasir texnologiyalar və zəngin təcrübə ilə CİS həllərini təqdim edirik.

İnformasiya təhlükəsizliyi

Məlumat sızmalarının qarşısının alınması üzrə peşəkar xidmətlər göstəririk.

Şəbəkə və server xidmətləri

Şəbəkə infrastrukturunun təhlükəsizliyi və stabilliyi üçün ən müasir həlləri tətbiq edirik.

Gecə-gündüz texniki dəstək

Biznes proseslərinin və layihələrin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə 7x24 rejimində yüksək keyfiyyətli texniki dəstək xidmətləri təqdim edirik.

Haqqımızda

İllərin təcrübəsi ilə texnologiya lideri

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi dövlət informasiya sistemlərinin qurulması, inkişafı və etibarlı idarə olunması sahəsində fəaliyyət göstərən ixtisaslaşmış qurumdur. Mərkəz qabaqcıl texnologiyaların tətbiqi, informasiya təhlükəsizliyinin təmin edilməsi və vahid rəqəmsal infrastrukturun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirərək dövlət qurumları arasında səmərəli informasiya mübadiləsini və rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasını təmin edir.

Ətraflı məlumat
60+ Uğurlu dövlət layihələri
140 Peşəkar ixtisaslı mütəxəssis
10+ Dövlət qurumları ilə əməkdaşlıq

İTMİM – ideyaların rəqəmsal reallığa çevrildiyi yer. Biz dizayn, texnologiya və strategiyanı birləşdirərək fərdi və innovativ həllər təqdim edirik.
Məqsədimiz – istifadəçilər üçün intuitiv və funksional təcrübə yaratmaq, bizneslərə isə effektiv və estetik cəhətdən cəlbedici rəqəmsal mühit qurmaqdır. Bizim komandamız müasir veb-platformalar, mobil tətbiqlər və interaktiv sistemlər üzərində çalışır.
Hər layihədə dərin analiz, yaradıcı yanaşma və texniki mükəmməllik prinsiplərinə sadiq qalırıq.