12 Yanvar 2026

Ölkəmizin rəsmi Ünvan Portalının (www.unvanportali.az) yenilənmiş versiyası 12.01.2026 tarixində canlı mühitdə istifadəyə təqdim olunub. Yenilənmənin məqsədi istifadəçilərə ünvan məlumatlarına daha sürətli, rahat və etibarlı çıxış imkanı yaratmaqdır.


Portalın yeni versiyası hazırlanan zaman müasir UI/UX tələbləri analiz edilmiş, bu tələblər əsasında interfeys hazırlanmış, sistemin performansı artırılmış və axtarış mexanizmləri təkmilləşdirilmişdir. İstifadəçilər ünvanları daha dəqiq nəticələrlə tapa, xəritə üzərindən vizual şəkildə baxa və məlumatlara operativ şəkildə çıxış əldə edə bilirlər.


Portal Ünvan Reyestri İnformasiya Sisteminin məlumat bazası əsasında fəaliyyət göstərir və dövlət qurumları, hüquqi şəxslər və vətəndaşlar üçün ünvan məlumatlarının vahid platformadan əldə olunmasını təmin edir.

Yenilənmiş versiya çərçivəsində bir çox yeni funksionallıqlar istifadəyə verilmişdir:


  1. Daxili ünvan vahidləri barədə məlumat əldə etmək
  2. Maraq nöqtələri (POI) klaster seçimi
  3. Ətraflı Axtarış
  4. Ünvan axtarış tarixçəsi
  5. Giriş, bina, küçə seçimi