Layihə haqqında:
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.
Xidmətlər:
- Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində icra olunan fəaliyyətlərin siyahısının elektronlaşdırılması;
- İcra ediləcək layihə və fəaliyyətlərə nəzarət mexanizminin tətbiqi;
- Layihələr və fəaliyyətlər üzrə fərqli növlərdə hesabatların formalaşdırılmasının təmini;
Məqsədimiz:
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq portalı” layihəsi İİKTM tərəfindən digər dövlət qurumlarına göndərilən indikatorların icrasına nəzarətin avtomatlaşdırılmasının təmin edilməsi məqsədini daşımaqdadır.