Layihə haqqında:



İqtisadiyyat Nazirliyinin strukturunda olan və ya tabeliyində olan qurumların təqdim etdikləri elektron xidmətlərin, onlar haqqında məlumatların yerləşdiyi portaldır. Bu portalda vətəndaşlar və vergi ödəyiciləri əsas olaraq xidmətlərdən istifadə etmək imkanı, müraciətlərin və ödənişlərin tarixçəsini görmək imkanı əldə edirlər. Bunlardan əlavə olaraq şəxsi məlumatlarına, əmlak məlumatlarına baxmaq, ideya bankına fikir əlavə etmək, təklif və şikayət göndərmək imkanları da vardır. İqtisadiyyat Nazirliyinin strukturunda olan və ya tabeliyində olan qurumların təqdim etdikləri elektron xidmətlərin, onlar haqqında məlumatların yerləşdiyi portaldır.
Portalda aşağıdakı bölmələr mövcuddur.
Elektron xidmətlər bölməsi, bu bölmədə istifadəçi İ.N. strukturunda və ya tabeliyində olan elektron xidmətlər haqqında məlumat əldə edə və elektron xidmətlərdən istifadə edə bilir. Müraciətlər bölməsi, bu bölmədə istifadəçilər elektron xidmətlər vasitəsilə etmiş olduqları müraciətlərə baxa bilir.
Ödənişlər bölməsi, bu bölmədə istifadəçilər etmiş olduqları və ya edilməli ödənişləri görə bilir. Qurumlar bölməsi, bu bölmədə qurumlar haqqında məlumat əldə etmək imkanı əldə edirlər. Suallar bölməsi, bu bölmədə istifadəçilərin tez-tez qarşılaşdığı suallar və onların cavablarını görə bilirlər.
Fikir bankı bölməsi, bu bölmədə fikir göndərə bilir və digər kəslər tərəfindən göndərilmiş fikirlərə səs verməklə fikirlər arasında daha çox insana maraqlı olan fikri önə çəkə bilir. Təklif və şikayətlər bölməsi, bu bölmədə qurum və ya xidmət ilə bağlı təklif və ya şikayət göndərmək imkanı əldə edir.




Xidmətlər:



  • İqtisadiyyat Nazirliyi ilə əlaqəli xidmətlər
  • Dövlət Vergi Xidməti ilə əlaqəli xidmətlər
  • Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqəli xidmətlər
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əlaqəli xidmətlər
  • Sahibkarlığın İnkişafı Fondu P.H.Ş. ilə əlaqəli xidmətlər
  • İqtisadi Zonaların İnkişafı Agentliyi ilə əlaqəli xidmətlər



Məqsədimiz:



İqtisadiyyat Nazirliyinin aparatı, onun sturukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyət istiqamətləri üzrə təqdim edilən elektron xidmətlərə vahid sistem (platforma) üzərindən əlçatanlığı təmin etmək, bununla yanaşı istifadəçilərə elektron kabinet (şəxsi kabinet) imkanı təqdim edərək, xidmət və müraciətlərə dair bütün zəruri məlumatların innovativ və asan şəkildə idarə oluna bilməsinə zəmin yaratmaq.