PMO.az
Layihə Düşüncə Məktəbi ilə əməkdaşlıq çərçivəsində "İnformasiya
Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi” Məhdud
Məsuliyyətli Cəmiyyətində (Mərkəz) “Məhsul və xidmətlərin
inkişafı və təşviqində layihə idarəetməsi yanaşmasının
təkmilləşdirilməsi” layihəsi sona çatmışdır.
Bu layihə məhsul və xidmətlərin inkişafı və təşviqində layihə
idarəetməsi yanaşmasının təkmilləşdirilməsi məqsədilə həyata
keçirilmişdir. Tərəflər layihənin icrası zamanı yüksək
nailiyyətlər əldə etmişdir və layihə vasitəsilə gələcəkdə
sektorun inkişafına böyük təsir göstərməyə nail olunacaqdır.
Layihənin uğurlu şəkildə tamamlanması Mərkəzin daxili və xarici
layihələrinin inkişafı üçün strateji bir addım olmaqla birlikdə
layihələrə cəlb edilən əməkdaşların ixtisaslarının
artırılmasına, iş prossesinin daha səmərəli təşkilinə və layihə
menecmenti üzrə beynəlxalq standartlara əsaslanmaqla layihələrin
daha yüksək səviyyədə həyata keçirilməsinə gətirib çıxaracaqdır.
Bu layihə çərçivəsində Mərkəzin layiq görüldüyü ISO 9001:2015
beynəlxalq standartı Azərbaycan Respublikasında dövlət
idarəetməsi üçün informasiya sistemlərinin yaradılması və
inkişaf etdirilməsində lazımi keyfiyyətin təmin ediləcəyini
təsdiqləyir.
QS 10006:2018 - Növbəti beynəlxalq sertifikat isə Mərkəzin icra
etdiyi layihə və xidmətərin QS 10006:2018 (İSO 10006:2017)
beynəlxalq standartının tələbləri əsasında təşkil edildiyini,
müvafiq beynəlxalq standartın tələblərinə cavab verdiyini, eləcə
də bu layihə və xidmətlərin təşkili və icrasında keyfiyyətin
təmin olunduğunu təsdiqləyir. Qeyd etmək lazımdır ki, Mərkəz,
Azərbaycanda müvafiq beynəlxalq sertifikata layiq görülmüş ilk
təşkilatdır.
Nəticədə:
- Layihə idarəedilməsi Mərkəzdə beynəlxalq standartlara görə
formalaşdırıldı;
- Mərkəzin 17 əməkdaşı IPMA beynəlxalq sertifikasiya proqramına
əsasən müxtəlif dərəcələrə layiq görüldü;
- 60+ əməkdaş layihə menecmenti üzrə təlimləri başa vurdu;
- Mərkəzin bütün əməkdaşları Azərbaycanın beynəlxalq dərəcəli
uğurlu layihə direktorlarının master-klasslarında iştirak
etdilər;
- Mərkəz ISO 9001:2015 və QS 10006:2018 (İSO 10006:2017)
beynəlxalq keyfiyyət sertifikatına layiq görüldü.