22-27 oktyabr 2023-cü il tarixlərində Litva Respublikasında
mövcüd Coğrafi İnformasiya Sistemlərinə dair elektron məlumatlar
bazasının vəziyyəti, kütləvi qiymətləndirmə sistemində istifadə
olunan modullar, kütləvi qiymətləndirmə zamanı aparılan
statistik analizlərin sistem daxilində istifadəsi, ümümi
prosesin təmin edilməsi üçün digər köməkçi sistemlərin analizi
və əlaqəli məsələlərin araşdırılması məqsədilə Mərkəzin əməkdaşı
Taleh Əlizadə Litva Respublikasında ezamiyyətdə olmuşdur.
Ezamiyyə zamanı Litva Respublikasının Dövlət Reyestr Mərkəzinin
əsas heyəti və sistemləri, Litva Respublikasının təcrübəsi,
daşınmaz əmlakların reyestri və kadastrının aparılması üsulları,
sistemlərin verilənlər bazasında toplanan məlumatların kütləvi
qiymətləndirmədə istifadə olunması, verilənlər bazasının idarə
edilməsi sistemləri ilə bağlı məlumat mübadiləsi həyata
keçirilmişdir.
