Layihə haqqında:
İpoteka Kağızının Elektron Sistemi Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında 293 nömrəli Qərarına əsasən hazırlanmışdır. Bu sistem vasitəsilə vətəndaşlar və banklar, o cümlədən ipoteka krediti vermiş maliyyə təşkilatları ipoteka kağızını elektron qaydada bilərlər.
Xidmətlər:
- Yeni İpoteka kağızlarıının elektron qeydiyyatı: ipoteka kağızının ilkin qeydiyyatı, əlavə qeydiyyatı, indossamenti və xitam prosesi
- Elektron ipoteka kağızı reyestrin yaradılması: əvvəlki dövrlərdə kağız daşıyıcıda verilmiş ipoteka kağızlarının elektronlaşdırılması, habelə yeni elektron ipoteka kağızlarının yaradılması
Məqsədimiz:
İpoteka kağızının qeydiyyat prosesinin elektron formada şəffaf və sürətli formada həyata keçirilməsi və Elektron ipoteka kağızı reyestrinin yaradılması.