Haqqımızda

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli fərmanına müvafiq olaraq yaradılmışdır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi və Şamaxı şəhətində Ehtiyat Məlumat Mərkəzi üçün binaların tikintisi 2015-ci ildə başa çatdırılmışdır. Hər iki mərkəz müasir server və şəbəkə avadanlıqları ilə təchiz edilmiş, server otaqlarının davamlı və təhlükəsiz işini təmin edən köməkçi avadanlıq və sistemlər quraşdırılmışdır. Server otağı TIER III tələblərinə müvafiq olaraq hazırlanmışdır. Burada server və şəbəkə avadanlıqlarının dayanıqlı istismarını təmin etmək üçün əsas və ehtiyat olmaqla iki müxtəlif mənbədən elektrik təchizatı, iki kəsintisiz qida mənbəyi (UPS), iki soyutma sistemi, iki dizel-generator quraşdırılmışdır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə server otağı Avtomatik qazla yanğından mühafizə sistemi, Monitorinq sistemi, Videomüşahidə sistemi ilə təchiz edilmişdir. Kənar qurumlarla əlaqə yaratmaq məqsədilə iki müxtəlif ATS-dən optik rabitə kanalı yaradılmışdır.