Milli Avtomatlaşdırılmış Əmlak Sistemi (MAƏS) ƏMDX tərəfindən 2000-ci ildə hazırlanmışdır. MAƏS-in məlumat bazası, daşınmaz əmlakın idarə edilməsi, özəlləşdirilməsi ilə bağlı məlumatları özündə saxlayır. Bu İnformasiya Sistemi eyni zamanda, dövlət qurumları tərəfindən məlumat bazasına daxil edilmək üçün təhvil verilən "Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə halları üçün illik xüsusi hesabat formalarının qəbul edilməsi" məqsədilə də istifadə olunur. Sistem əsasən ƏMDX aparatı tərəfindən istifadə edilir.