E-Hərrac

Elektron Hərrac Sistemi


Hərraclar zamanı dövlət əmlakının satışının tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçirilməsini nəzərdə tutan müvafiq prosedurların elektronlaşdırılması işinin sürətləndirilməsi ilə əlaqədar hərracların elektron qaydada keçirilməsinin təşkili, daşınar və daşınmaz əmlakın satışı üzrə hərracların işinin təkmilləşdirilməsi üçün “Elektron hərrac” proqram təminatı hazırlanaraq istifadəyə verimişdir. Proqram təminatı 3 hissədən ibarətdir:

1.Elektron hərracda iştirak edən istifadəçilər hissəsi;
2.Elektron hərrac zamanı zalda oturan hərracçılarla onlayn hərracçılar arasında informasiya mübadiləsini təmin edən adminstrativ hissə;
3.Elektron hərrac prosesinin real rejimdə vətəndaşlar tərəfindən izlənə bilməsini təmin edən hissə.


Qeyd etmək istəyirik ki, “Elektron hərrac” hərracların elektron formada keçirilməsi üçün hazırlanmış veb əsaslı vahid platformaya malik informasiya sistemidir. Elektron hərrac proqramı Xidmət tərəfindən təqdim edilən hərracların təşkili üzrə 8 elektron xidmətin bu platformadan təqdim edilməsini təmin etməkdədir. Eyni zamanda bildirmək istəyirik ki, Xidmətdə keçirilən hər bir hərracın gedişi prosesinin Elektron hərrac proqramının “Hərracı onlayn izlə” bölməsindən girərək izləyə bilinməsi üçün bütün imkanlar yaradılmışdır.