İTMİM-in sertifikatlaşdırılmış yüksək ixtisaslı ekspertləri kabelli, yaxud simsiz şəbəkələrin layihələndirilməsini peşəkar səviyyədə həyata keçirirlər. Biz sxemlərin çəkilməsi və avadanlıqlarla cihazların quraşdırılması ilə yanaşı, layihənin sınaqdan keçirilərək tam işlək vəziyyətdə təhvilini gerçəkləşdiririk. Təcrübəli ekspertlərdən ibarət komandamız bütün quraşdırma və montaj işlərini dünya standartlarına uyğun tərzdə həyata keçirirlər və bununla da, müştərinin yeni infrastrukturunun təhlükəsizliyini, asan idarə edilməsini və əlçatanlığını təmin edirlər. İTMİM-in imkanları və geniş tərəfdaş dəstəyi təhlükəsizlik, optimallaşdırma və idarəetmə baxımından şəbəkənin bütün seqmentlərini əhatə etməyə qadirdir. Klasterlərin yaradılması və qəza hadisələrindən sonra bərpa işləri üzrə bir çox təhvil verdiyimiz layihələr müştərilərin şəbəkələrini sıfırdan başlayaraq idarəetmədə daha asan və daha peşəkar səviyyədə qurmağa imkan verir. Ən müasir texnologiyalardan istifadə edərək daxili və xarici təhlükələrə qarşı üstün səviyyəli mühafizəni təmin edirik. Şəbəkə təhlükəsizliyini təmin edən yeni nəsil proqram təminatları, avadanlıqlar, cihazlar və veb-tətbiqlər, DoS alətləri, yüklənməni tarazlaşdıran vasitələr, proksi cihazları və bu sahədə tətbiq edilən digər geniş həllərimiz müştərinin şəbəkəsini daha etibarlı və təhlükəsiz edir.
İT infrastrukturunun idarə edilməsi üçün təqdim etdiyimiz həllər şəbəkə ilə çox asan inteqrasiya edilir. Beləliklə siz şəbəkədə istifadə edilən vasitələri qısa vaxt ərzində aşkar edə, həmçinin inteqrasiya edilmiş infrastrukturu və tətbiqlərin dövriyyə prosesini davamlı olaraq izləyə, yönləndirə və idarə edə bilərsiniz.