Proqram təminatının hazırlanması



Kompüter texnologiyaları artıq biznesin hər sahəsində öz təsdiqini tapmış və bütün işlər artıq proqram təminatları ilə yerinə yetirilməkdədir. Biz də İTMİM olaraq sizin biznesinizin avtomatlaşdırılmasını, eyni zamanda mövcud olan sistemin optimallaşdırmasını təklif edirik. Sifarişçilərin istəklərinə uyğun texniki tapşırıq yazılır və düzgün texnologiyalar seçilərək, proqram təminatı standartlarını qoruyaraq yüksək səviyyədə müasir həllər yaradırıq. Proqram təminatı istəkləriniz internet layihələrindən tutmuş çoxşaxəli klient-server arxitekturalı həllər ola bilər. Biz həmçinin işlətdiyiniz sistemlərin optimallaşdırılmasını və başqa sistemlərə inteqrasyasını təklif edirik.

Həllər aşağıdakı proqram təminatının hazırlanması standartları və mərhələləri ilə yerinə yetirilir :

  • Sifarişçi istəklərinin analizi;
  • Sistem Dizaynı;
  • Həllin proqramlaşdırılması;
  • Sənədləşdirmə və test edilmə;
  • Həllin tətbiqi və texniki dəstək.


İTMİM mütəxəssisləri proqam həllərini hazırlayarkən aşağıdakı prinsiplərə əməl edir:

  • Layihənin sifarişçinin bütün istəklərini qarşılayacağına və standartların gözləniləcəyinə təminat verir.
  • Sistemin hazırlanması zamanı bütün proqramlaşdırma standartlarına diqqətlə əməl edilir və sonradan inkişaf etdirilmə imkanları nəzərə alınır.
  • Düzgün texnologiyalar seçilir və təhlükəsizlik standartları qorunur.


Proqram təminatı hazırlanarkən müasir obyekt yönümlü proqramlaşdırma (OYP) dillərindən (C#, Java, PHP və s.) istifadə edilir və OYP standartları gözlənilir.