İnformasiya Texnologiyaları (İT) infrastrukturuna texniki dəstək xidməti – informasiya sistemlərinin fasiləsiz işləməsi, istifadəçilərin lazım olduğu zamanda doğru və professional dəstəyi ala bilməsi, şirkətlərin İT xidmətlərindən əldə etdiyi səmərənin ən yüksək həddə olması üçün vacib şərtdir.
Şirkətimiz müştəri mərkəzli yaxınlaşma ilə müştərilərimizə, arzuladıqları səviyyədə dəstəyi 7x24 fasiləsiz olaraq təqdim edir. Telefon, internet və ya yerində dəstək xidmətləri də daxil bir çox variantda xidmət təqdim edən İTMİM mütəxəsisləri sektordakı təcrübəsi ilə kritik dəstək səviyyələri mövzusunda ixtisaslaşmışdır. Müştərilərimizdən gələn tələblərə ən qısa müddətdə cavab verib, sual və problemlərə həll təqdim etmək üçün İT sahəsində ixtisaslaşmış mütəxəssislərimiz, ITIL prosesləri ilə xidmət təqdim etməkdədir. Müştəriyə göstərilən texniki dəstək zamanı bizimlə ilk təmasdan etibarən gələn tələblərin detallı analizini edərək, detallı və xülasə hesabatlar təqdim edərək, verilmiş xidmətin keyfiyyətini sizlərlə paylaşırıq.