Server xidmətlərinin göstərilməsi


İTMİM-in iki müxtəlif rabitə qovşağından optik xətlərlə kənara çıxışının mövcud olması serverlərin icarəyə verilməsi üçün ideal texniki imkanlar yaradır. Müasir avadanlıqlarla təchiz edilmiş server infrastrukturu məlumatların kənardan vaxt itkisinə yol vermədən tam təhlükəsiz istifadə edilməsinə imkan verir. İstifadəçilərin arzusuna müvafiq olaraq onlara məxsus məlumatların surətlərinin təminatlı saxlanması, vaxtaşırı yenilənməsi və müştəriyə məxsus server avadanlıqlarının server otağında yerləşdirilməsi mümkündür.


Dayanıqlı istismarı təmin etmək məqsədilə aşağıdakı sistemlər quraşdırılmışdır:

• İki müstəqil mənbədən daxil olan yüksək gərginlikli elektrik təchizatı
• İkiqat rezervlənmiş müasir transformator yarımstansiyası
• Əsas və ehtiyat dizel generator
• Serverlərin işini 4 saat ərzində təmin edə biləcək əsas və ehtiyat kəsintisiz qida mənbəyi (UPS)
• Əsas və ehtiyat olmaqla iki ədəd soyutma sistemi
• Avtomatlaşdırılmış qazla yanğınsöndürmə sistemi
• Videonəzarət sistemi
• 24/7 rejimində çalışan monitorinq sistemi və mühafizə.
• Məlumatların ehtiyat surətlərinin saxlanılması üçün Şamaxı şəhərində bütün texniki sistemlərə malik olan Ehtiyat Məlumat Mərkəzi mövcuddur.

EMM-in monitorinqi və videonəzarət yerli və Bakı şəhərindəki mütəxəssislər tərəfindən aparılır.