İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsindəki sürətli inkişaf şirkət və ya qurumların iş proseslərini və layihə idarəetmə metodlarının inkişafı və yenidən təşkili, şirkət daxili İT investisiyanın səmərəli istifasi üçün olduqca önəmlidir. Müştəri tələblərinin incələnməsi, uyğun informasiya texnologiyaları infrastrukturunun müəyyən edilməsi, öncədən bütün detallar nəzərə alınmaqla beynəlxalq layihə idarəetmə standartlarının tələblərinə cavab verən kompleks layihələndirmə, analiz, test, təlim və yekun məhsulun istifadəyə verilməsi İT layihələrin idarəedilməsi prosesinin əsas tərkib hissəsidir.
ITMIM müştərilərinə iş prosesindəki kordinasiyanı ən yaxşı şəkildə təmin edən, bu sahədəki ehtiyacları ödəyən və bütün prosesləri milli və beynəlxalq qanunvericilik və standartlar çərçivəsində icra edən informasiya texnologiyaları layihələrinin idarəedilməsi xidmətini təklif edir.
İnformasiya texnologiyaları layihələndirmələri və layihələrin idarə olunması aşağıda qeyd edilən beynəlxalq standartların tələbləri nəzərə alınmaqla aparılır.
• COBIT (Control Objectives for Information and Related Technologies)
• ITIL (Information Technology Infrastructure Library)
• CMMI® (Capability Maturity Model Integration)
• BS-7799 və ya ISO2001
• GRC/ISO 38500