Server Xidmətlərinin Göstərilməsi


İTMİM-in iki müxtəlif rabitə qovşağından optik xətlərlə kənara çıxışının mövcud olması serverlərin icarəyə verilməsi üçün texniki imkanlar yaradır. Müasir avadanlıqlarla təchiz edilmiş server infrastrukturu məlumatların kənardan vaxt itkisinə yol vermədən tam təhlükəsiz istifadə edilməsinə imkan verir. İstifadəçilərin arzusuna müvafiq olaraq onlara məxsus məlumatların surətlərinin təminatlı saxlanması, vaxtaşırı yenilənməsi və müştəriyə məxsus server avadanlıqlarının server otağında yerləşdirilməsi mümkündür.