2-6 Oktyabr 2023-cü il tarixlərində Bakı şəhərində mötəbər 74-cü Beynəlxalq
Astronovtika Konqresi keçirilmişdir. Konqresdə İqtisadiyyat Nazirliyinin
tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin
əməkdaşları da iştirak etmişdir. Mərkəzin əməkdaşı Qumru Şərəfxanovanın
”ASSESSING THE IMPACT OF ILLEGAL BUILDINGS USING HIGH-
RESOLUTION SATELLITE IMAGERY” adlı məqaləsi Fransanın Beynəlxalq
Astronovtika Federasiyası tərəfindən qəbul edilərək 75748ID nömrəsi ilə IAC
jurnalında dərc edilmişdir (
https://iac2023-iaf.ipostersessions.com/default.aspx?s=0A-FD-2F-B9-A7-1D-9E-1C-E8-EA-AF-E5-E4-AE-43-9F&guestview=true ). Qəbul nəticəsində İqtisadiyyat Nazirliyinin
tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi
Beynəlxalq Astronovtika Federasiyası tərəfindən rəsmi olaraq tanıdılmışdır.
Əməkdaşımızın interaktiv çıxışı 5 oktyabr tarixində saat 14:00-da Heydər Əliyev
mərkəzində baş tutmuşdur. ABŞ, Yaponiya, Çin Xalq Respublikası, Sinqapur və
başqa ölkələrin doktorantları tərəfindən məqaləyə yüksək maraq göstərilmişdir.
Konqres müddətində bir sıra işgüzar görüşlər o cümlədən ESRI şirkətinin
Beynəlxalq strategiyalar şöbəsinin direktoru Soheyl Elabd və aparıcı mühəndis
Ahmad El Awady, TUBİTAK Kosmos şirkətinin proqramçısı və doktorantı
Abdulkadir Köker ilə Mərkəzin əməkdaşları arasında baş tutmuş və gələcək
əməkdaşlıq perespektivləri müzakirə edilmişdir.
#IAC2023 #ITMIM