20 Noyabr Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür. Bu münasibətlə işğaldan əvvəlki dövrə aid xəritələr əsasında Ağdam şəhərinin işğaldan əvvəlki vəziyyətini əks etdirən, 3D formatda hazırlanmış infrastrukturu və azad edildikdən sonrakı mövcud vəziyyətini əks etdirən dron çəkilişləri ilə müqayisəli video İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən hazırlanmışdır və əyani şəkildə erməni vandallığını nümayiş etdirir. Videodan da göründüyü kimi işğal dövründə Ağdam şəhərindəki bütün tikililər və infrastruktur tamamilə dağıdılmış və talan edilmişdir. Azad edildikdən sonrakı vəziyyətinə görə Ağdama “Qafqazın Xirosiması” adı verilmişdir.