Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti daşınmaz əmlakın kadastrı, qeydiyyatı, qanunsuz tikililərin uçotu və daşınmaz əmlakın qiymətləndirilməsi sahələrində əməkdaşlıq çərçivəsində Türkiyə Respublikasına səfər etmişdir.

Article image

            Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin, İqtisadiyyat Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin və Dövlət Vegi Xidmətinin əməkdaşlarından ibarət nümayəndə heyəti ikitərəfli əməkdaşlıq çərçivəsində daşınmaz əmlakın kadastrı, qeydiyyatı, qanunsuz tikililərin uçotu, daşınmaz əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın illik vergiləndirilməsi, əmlak vergisinin toplanmasında kadastr məlumat bazasından istifadə olunması mövzularında Ankara şəhərində Türkiyə Respublikasının “Tapu və Kadastro Genel Müdürlüğü”ndə Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə 02-04 oktyabr 2023-cü il tarixlərində görüşdə iştirak etmişlər. “Tapu və Kadastro Genel Müdürlüğü”ndə Kadastr şöbəsi, İnformasiya Texnologiyaları Mərkəzi, Xəzinə və Maliyyə Nazirliyinin Gəlirlər İdarəsi ilə görüşlər keçirilmişdir. Nümayəndə heyəti Mamak Bələdiyyəsinə, TÜRKSAT Gölbaşı şəhərciyinə səfər etmişdir. Görüşlər zamanı qeyd edilən sahələr üzrə birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılmış, qardaş ölkənin müvafiq sahədə təcrübəsi öyrənilmişdir.

https://www.tkgm.gov.tr/azerbaycan-heyeti-ziyareti