22-27 oktyabr 2023-cü il tarixlərində Litva Respublikasında mövcüd Coğrafi İnformasiya Sistemlərinə dair elektron məlumatlar bazasının vəziyyəti, kütləvi qiymətləndirmə sistemində istifadə olunan modullar, kütləvi qiymətləndirmə zamanı aparılan statistik analizlərin sistem daxilində istifadəsi, ümümi prosesin təmin edilməsi üçün digər köməkçi sistemlərin analizi və əlaqəli məsələlərin araşdırılması məqsədilə Mərkəzinin əməkdaşı Taleh Əlizadə Litva Respublikasında ezamiyyətdə olmuşdur. Ezamiyyə zamanı Litva Respublikasının Dövlət Reyestr Mərkəzinin əsas heyəti və sistemləri, Litva Respublikasının təcrübəsi, daşınmaz əmlakların reyestri və kadastrının aparılması üsulları, sistemlərin verilənlər bazasında toplanan məlumatların kütləvi qiymətləndirmədə istifadə olunması, verilənlər bazasının idarə edilməsi sistemləri ilə bağlı məlumat mübadiləsi həyata keçirilmişdir.